"Mançester Siti" və "Qalatasaray"ın sabiq futbolçusu Fernando Rejes karyerasını başa vurub
Türkiyənin "Qalatasaray" klubunun sabiq futbolçusu Fernando Rejes karyerasını başa vurub.
"Report" xəbər verir ki, 38 yaşlı braziliyalı yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşdığı açıqlamada futbolun həyatında xüsusi yer tutduğunu vurğulayaraq, bu qərarı asanlıqla verdiyini bildirib.
Rejes futbolun ona intizam, cəsarət və fədakarlıq kimi dəyərlər qazandırdığını qeyd edib.
Qeyd edək ki, Fernando Rejes 2017-2019-cu illərdə "Qalatasaray"ın heyətində çıxış edib. O, İstanbul klubunda 58 oyuna çıxaraq 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb, 2 dəfə Türkiyə çempionu və 1 dəfə ölkə kubokunun qalibi olub.
Braziliyalı futbolçu peşəkar karyerası ərzində "Vila Nova" (Braziliya), "Portu" (Portuqaliya), "Eştrela" (Portuqaliya), "Mançester Siti" (İngiltərə), "Sevilya" (İspaniya) və "İnternasional" (Braziliya) klublarının da formasını geyinib.
Oxşar xəbərlər
Braziliya millisinin və "Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurub
"Qalatasaray"ın 33 yaşlı sabiq futbolçusu karyerasını başa vurub
Braziliya millisinin və "Qalatasaray"ın 41 yaşlı sabiq futbolçu karyerasını başa vurub
"Qalatasaray"ın sabiq futbolçusu 45 yaşında karyerasını başa vurub
"Mançester Yunayted"də çıxış etmiş Portuqaliya millisinin sabiq futbolçusu karyerasını başa vurub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
"SpaceX" "Nasdaq" birjasında olmağı planlaşdırır
-
“Aston Villa” Avropa Liqasının qalibi olub
