Anatoli Banişevskinin 80 illik yubileyi münasibətilə yeni poçt markaları dövriyyəyə buraxılıb
AFFA-nın təşəbbüsü və "Azərpoçt" MMC-nin dəstəyi ilə Azərbaycanın əfsanəvi futbolçusu Anatoli Banişevskinin 80 illik yubileyi münasibətilə yeni poçt markaları dövriyyəyə buraxılıb.
"Report" xəbər verir ki, yeni filateliya məhsulu A.Banişevskinin zəngin idman irsini əks etdirir.
Buraxılış bir poçt markasından ibarətdir. Eyni zamanda yubiley münasibətilə xüsusi poçt kartları da hazırlanıb. Poçt blokunun tirajı 2500, poçt kartlarının tirajı isə 1000 ədəddir.
Bu təşəbbüs A.Banişevskinin irsinin yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Anatoli Banişevski XX əsrdə Azərbaycanın ən görməkli futbolçularından biri kimi tarixə düşüb. O, SSRİ milli komandasının heyətində 1966-cı il dünya çempionatında 4-cü yeri tutub, 1972-ci il Avropa çempionatında isə gümüş medal qazanıb.
Klub səviyyəsində 1966-cı ildə "Neftçi"nin tərkibində SSRİ çempionatının bürünc mükafatçısı olub. SSRİ millisinin heyətində 50-dən çox oyun keçirən Banişevski 1996-cı ildə "Şöhrət" ordeni ilə təltif olunub. 2004-cü ildə isə UEFA-nın versiyasına əsasən Azərbaycanda son 50 ilin ən yaxşı futbolçusu seçilib.
Oxşar xəbərlər
Anatoli Banişevskinin ailə üzvləri "Neftçi"nin qonağı olub
Anatoli Banişevskinin xatirəsinə həsr olunan "Bakı Kuboku" beynəlxalq turniri keçiriləcək
İslam Kərimov: "Banişevskinin xatirə turnirinin məqsədi uşaq futbolunun inkişafını artırmaqdır"
“Azərpoçt” Şuşada fəaliyyət göstərməyə başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
“Aston Villa” Avropa Liqasının qalibi olub
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
