“Azərpoçt” Şuşada fəaliyyət göstərməyə başlayıb
sizinxeber.az xəbər saytı

“Azərpoçt” Şuşada fəaliyyət göstərməyə başlayıb


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC növbəti poçt məntəqəsini Şuşa şəhərində açıb.

"Sizinxeber.az" şirkətə istinadən xəbər verir ki, AZ5800 indeksli poçt filialı Şuşa şəhəri, Zəfər küçəsindəki Dövlət Xidmətləri Mərkəzinin daxilində fəaliyyət göstərəcək.

Belə ki, poçt məntəqəsində universal poçt xidmətləri (məktub, teleqram və bağlama göndərişləri), maliyyə yığımları və karqo xidmətləri təşkil olunacaq.

Poçt filialının iş rejimi bazar ertəsi – şənbə günləri saat 09:00 – 17:00 aralığında, bazar günləri isə 09:00 – 16:00 aralığında müəyyən edilib.

Qarabağ iqtisadi rayonuna daxil olan Hadrutda Poçt şöbəsi 2020-ci, Xankəndi Poçt filialı isə 2024-cü ildə istifadəyə verilib. Eyni zamanda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cocuq Mərcanlıda 2020-ci ildə Poçt şöbəsi yaradılıb, 2022-ci ildə isə Zəngilan rayonunun Ağalı kəndində poçt xidmətlərinin təşkili təmin olunub.

Oxşar xəbərlər

Şuşada "Azərpoçt"un məntəqəsi açılıb - FOTO
Azərbaycanın qoşulduğu “Poçt ödəniş xidmətləri haqqında Saziş” və onun Yekun Protokolu yenilənib
Azərbaycanda poçt tariflərini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tənzimləyəcək
AMB ilk dəfə işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib
Mərkəzi Bank 10 poçt filialının bank lisenziyasını ləğv edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle