Valdas Dambrauskas: "Sumqayıt"la oyunun son dəqiqəsində lazımsız qol buraxdıq"
sizinxeber.az xəbər saytı

Valdas Dambrauskas: "Sumqayıt"la oyunun son dəqiqəsində lazımsız qol buraxdıq"


"Sabah" komandası Misli Premyer Liqasının XXV turunda qarşılaşdığı "Sumqayıt"la oyunun son dəqiqəsində lazım olmayan qol buraxıb.

"Sizinxeber.az" xəbər verir ki, bunu Bakı klubunun baş məşqçisi Valdas Dambrauskas sözügedən qarşılaşmadan sonra mətbuat konfransında deyib.

Mütəxəssis komandasının 3:1 hesablı qələbəsini şərh edib:

"Qələbə münasibəti ilə məşqçilər heyətini, azarkeşləri və futbolçularımı təbrik edirəm. Bugünkü qarşılaşmanın asan keçməyəcəyini bilirdik. Milli komandanın heyətinə cəlb olunacaq futbolçuların beynində tətil düşüncələri ola bilərdi. Bununla belə, futbolçularımın nizam-intizamından, oyuna köklənmələrindən çox razı qaldım. Təəssüf ki, ilk hissədə bir çox qol şanslarından yararlana bilmədik. İkinci yarıya isə sürətli şəkildə başladıq və qollar vurduq. Hesabı 3:0-a çatdırarkən bir balaca oyuna nəzarəti itirdik. Son dəqiqədə lazımsız qol buraxdıq. Ümumi mənzərəyə baxsaq, matçdan ço razı qaldım".

Oxşar xəbərlər

Valdas Dambrauskas: "Sele" ilə ilk oyundan dərs çıxaracağıq"
"Sabah"ın baş məşqçisi: "Levski" ilə cavab oyununda qələbə qazanacağımıza inanıram"
Şahin Diniyev: "Çox bəsit qollar buraxdıq"
"Sumqayıt"ın baş məşqçisi: "Təəssüf ki məğlub olduq"
"Sabah"ın baş məşqçisi: "Sele" ilə hər iki oyunda bərabər səviyyədə mübarizə getdi"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər