"Sabah"ın baş məşqçisi: "Sele" ilə hər iki oyunda bərabər səviyyədə mübarizə getdi"
sizinxeber.az xəbər saytı

"Sabah"ın baş məşqçisi: "Sele" ilə hər iki oyunda bərabər səviyyədə mübarizə getdi"


UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sabah"la "Sele" arasında baş tutan hər iki görüşdə bərabər mübarizə gedib.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Sloveniya klubu ilə cavab matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis rəqibi təbrik etməyi də unutmayıb:

"Sele"ni növbəti mərhələyə keçməsi münasibəti ilə təbrik edirəm. Düşünürəm ki, hər iki oyunda bərabər səviyyədə mübarizə getdi. Hesab edirəm ki, Bakıdakı oyunun son saniyəsində buraxdığımız qol yadda qalacaq - çünki bu son saniyədə baş verdi. Bigünkü oyuna gəlincə, yalnız futbolçularımı tərifləyə bilərəm. Onların fədakarlıqlarını, mübarizəsini yüksək qiymətləndirirəm. Çünki meydana çıxdıq və ilk qolu biz vurduq. Bu anda nəsə edə biləcəyimizə ümid vardı. "Sele" bizə qarşı sürprizlər hazırlamışdı. Xüsusən də topa sahib olduqları epizodlarda. Bu gün bir dayaq yarımmüdafiəçisi ilə oynadılar. Biz qol vurduqdan sonra ilk hissənin əvvəlində vəziyyəti idarə etməkdə çətinlik çəkdik. Sonra taktiki düzülüşümüzü dəyişib boşluqları bağlamağa çalışdıq. Yenə də rəqib sürətli hücumları ilə bizi geri sıxışdırdı".

Oxşar xəbərlər

"Sele"nin baş məşqçisi: "Sabah" haqqında kifayət qədər məlumatımız var"
Valdas Dambrauskas: "Sele" ilə ilk oyundan dərs çıxaracağıq"
UEFA Avropa Liqası: "Sabah" - "Sele" matçına start verilib
"Sabah"ın baş məşqçisi: "Sele" üzərində mütləq qələbə qazanmalıyıq"
UEFA Avropa Liqası: "Sabah" Sloveniyada cavab matçına çıxacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər