Valdas Dambrauskas: "Sele" ilə ilk oyundan dərs çıxaracağıq"
"Sabah" "Sele" ilə ilk oyundan dərs çıxaracaq.
“Sizinxeber.az" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas “Sele”yə (Sloveniya) qarşı keçirdikləri UEFA Avropa Liqası matçından sonra mətbuat konfransında deyib.
Mütəxəssis bunları söyləyib:
"Sele"ni təbrik etmək istəyirəm və azarkeşlərə təşəkkürümü bildirirəm. Əfsuslar olsun ki məğlub olduq. Bu oyundan dərslər çıxarmalı və daha yaxşı çıxış etməliyik. Rəqib haqqında az informasiyamız vardı. Çox yaxşı komandaya qarşı çıxış etdik. Bilirdik ki asmalardan istifadə edəcəklər. Təəssüf ki qol vəziyyətlərindən istifadə edə bilmədik. Bəzən tələskənlik xeyrimizə olmadı. Bu gün döyüşü uduzduq. Amma müharibəni uduzmamışaq. Sloveniyada əlimizdən gələni edəcəyik. Bu matçdan dərs çıxaracağıq".
Mütəxəssis rəqib baş məşqçinin bu oyunda "Sabah"dan daha güclü olması fikri ilə razılaşmayıb:
"Hər məşqçinin öz fikri var. Düzdür ilk görüşdə qələbə qazanıblar. Amma qarşıda ikinci görüş var. Gəlin həmin oyundan sonra bu suala cavab verək".
O buraxılan erkən qolla bağlı danışıb:
"Ümumiyyətlə heç bir qol plana daxil deyil. Bəzən belə alınır. Bizim də qol vəziyyətlərimiz oldu. Qapı tirinə dəyən topumuzi xatırlayıram. Amma məşqçilər korpusu olaraq komandanı öz pıanlarımıza uyğun hazırlaşdıracağıq".
V.Dambrauskas formaların oxşarlığı ilə bağlı sualı da cavablandırıb:
"Bu barədə daha çox futbolçuların fikirlərini bilmək önəmlidir. Biz ev komandasıyıq. "Sele" səfər formalarını gətirməli idi. Bildiyimə görə oyunlardan əvvəl bu barədə iclaslarda müzakirələr aparılır və qərar qəbul olunur".
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 17-də Sloveniyada keçiriləcək.
Oxşar xəbərlər
"Sele"nin baş məşqçisi: "Sabah" haqqında kifayət qədər məlumatımız var"
"Sele"nin baş məşqçisi: "Meydanda daha güclü tərəf biz idik"
UEFA Avropa Liqası: "Sabah" - "Sele" matçına start verilib
Sloveniya klubunun futbolçusu: "Həm fiziki həm də taktiki baxımdan yeni mövsümə hazırıq"
Avropa Liqası: “Sabah” – “Sele” qarşılaşmasının biletləri satışa çıxarılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: "İran hökuməti xalqın səsini eşitməyə və islahatlar keçirməyə hazırdır"
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib
-
İngiltərə Kuboku: "Çelsi" növbəti mərhələdə
-
İran polisi Luristanda iğtişaşların 100-dən çox iştirakçısını saxlayıb
-
İranda 60 saatdan çoxdur ki, internet yoxdur












