Qrem Arnold: "İraq yığmasının dünya çempionatına vəsiqə qazanması möcüzə idi"
sizinxeber.az xəbər saytı

Qrem Arnold: "İraq yığmasının dünya çempionatına vəsiqə qazanması möcüzə idi"


İraq millisinin dünya çempionatına vəsiqə qazanması möcüzə olub.

"Sizinxeber.az" xarici mediaya istinadən xəbər verir ki, bunu adıçəkilən yığmanın baş məşqçisi Qrem Arnold Seneqala qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis məğlub olmalarına baxmayaraq mundialdan zövq aldıqlarını bildirib:

"Bu turnirə vəsiqə qazanmağımızın özü belə möcüzə idi. Ümid edirəm ki, futbolçular 40 ildən sonra ilk dəfə dünya çempionatında oynamağın sevincini özləri ilə aparacaqlar. Eyni zamanda, buraxdıqları səhvlərdən də lazımi nəticə çıxaracaqlar".

Qeyd edək ki, Seneqal – İraq matçı 5:0 hesabı ilə yekunlaşıb.

Oxşar xəbərlər

Qrem Potter: "Müdafiədə bu qədər boşluq buraxıb qələbəyə ümid edə bilməzsiniz"
Pap Tyav: "Seneqal millisinin taleyi öz əlində deyil"
Stole Solbakken: "Seneqala qarşı oyunun sonluğu həyatımın ən uzun dəqiqələri idi"
Özbəkistan yığması ilk dəfə futbol üzrə dünya çempionatında oynayacaq
Dik Advokat: "Kurasao yığması dünya çempionatında öz sözünü deyəcək"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər