Livan ordusu Beyrutun mərkəzinə nəzarəti bərpa edib
sizinxeber.az xəbər saytı

Livan ordusu Beyrutun mərkəzinə nəzarəti bərpa edib


Livan ordusu "Hizbullah"ın tərəfdarlarının əvvəllər motosikletlərlə daxil olduğu Beyrutun mərkəzinə nəzarəti bərpa edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, Vaşinqtonda Livan və İsrail arasında sülh danışıqları zamanı əldə edilən çərçivə sazişinin imzalanması barədə xəbərlərdən sonra şəhərin bir neçə ərazisində etirazlar başlayıb.

Paytaxtın mərkəzində və hava limanına aparan magistral yolda ordu patrulları ilə etirazçılar arasında toqquşmalar baş verib, etirazçılar əsgərləri daşlayıblar. İğtişaşlarda iştirak edənlərin həbs olunması barədə heç bir məlumat verilməyib.

Hazırda şəhərin şiə məhəllələrinin yaxınlığında yerləşən Ramlet əl-Beyda bulvarında kütləvi etiraz aksiyası keçirilir.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Livan və İsrail hökumətləri arasında çərçivə sazişi imzalanıb.

Oxşar xəbərlər

Livan və İsrail arasında çərçivə sazişi imzalanıb
Livan ordusu İsraillə sərhəddəki Naqura kəndinə daxil olub
İsrail Ordusu Beyrutun cənubundakı sakinlərə hava hücumu barədə xəbərdarlıq edib
Vaşinqtonda İsrail ilə Livan arasında danışıqlar başlayıb
KİV: Livan və İsrail aprelin 11-də atəşkəs elan edə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər