Vens: ABŞ zorakılığa zorakılıqla cavab verəcək
sizinxeber.az xəbər saytı

Vens: ABŞ zorakılığa zorakılıqla cavab verəcək


ABŞ vitse-prezidenti Cey. Di. Vens bildirib ki, Vaşinqton anlaşma memorandumu ilə bağlı İranla fikir ayrılıqlarını müzakirə etməyə hazırdır, lakin zorakılığa güclə cavab vermək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə Vens "X" sosial şəbəkə hesabında yazıb.

"İran atəşkəs müqaviləsi imzalayıb. Biz ona əməl edirik, amma anlaşma memorandumunun həyata keçirilməsi ilə bağlı fikir ayrılıqları olarsa, zəng edə bilərlər. Lakin ABŞ zorakılığa zorakılıqla cavab verəcək", - deyə o qeyd edib.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazından keçən ticarət gəmisinə edilən son hücuma cavab olaraq İrana qarşı hava zərbələri endirdiyini açıqlayıb.

Oxşar xəbərlər

Vens: ABŞ İranla memorandumla bağlı fikir ayrılıqlarını müzakirə etməyə hazırdır
Vens: ABŞ tələblərin yerinə yetirilməsi şərtilə İrana iqtisadi təzyiqi azaltmağa hazırdır
KİV: ABŞ-İran anlaşma memorandumunu Tramp, Vens və Qalibaf imzalayıblar
Vens: ABŞ İranın dünya iqtisadiyyatına qayıdışını dəstəkləməyə hazırdır
Vens: İran Hörmüz boğazını açmasa, ABŞ atəşkəs rejiminə riayət etməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər