Texasda rançodan qaçan zürafə iki həftədir tapılmır
ABŞ-nin Texas ştatında təxminən iki həftə əvvəl özəl rançodan qaçan Qreysi adlı zürafə üçün axtarışlar davam edir.
Bu barədə "Report" "HuffPost"a istinadən xəbər verir.
Qeyd olunub ki, hətta heyvanın yerini deyə şəxsə 5000 dollar mükafat da təklif edilib.
Ranço sahibi Vik Consun sözlərinə görə, üç yaşlı Qreysi adlı zürafə öz çəpərindən çıxıb qayalı yamaclar və sıx meşəlik əraziyə girib. Heyvanı axtarmaq üçün vertolyotlardan istifadə edilib və çoxsaylı şahid ifadələri araşdırılıb. Lakin zürafə kiçik bir ağacın hündürlüyünə çatsa da, hələ də tapılmayıb.
V. Cons bildirib ki, problem ondadır ki, Qreysinin mümkün yeri haqqında məlumat bir neçə gün gecikir, buna görə də axtarış qrupları gələnə qədər heyvan artıq yoxa çıxıb.
Real Qraflığının şerifi Neytan Conson illər ərzində qaçan zebraları, vəhşi heyvanları, camışları və meymunları axtardığını, lakin bu, onun zürafə axtarmaqla ilk təcrübəsi olduğunu bildirib. Hakimiyyət orqanları qeyd edir ki, Qreysi yerli sakinlər üçün heç bir təhlükə yaratmır.
Oxşar xəbərlər
CNN: Texasda daşqın nəticəsində ölənlərin sayı 50-yə çatıb - YENİLƏNİB-2
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
ABŞ-nin Texas ştatında daşqınlar zamanı ölənlərin sayı 47-yə çatıb - YENİLƏNİB
ABŞ-nin Texas ştatında daşqınlar nəticəsində ölənlərin sayı 40-ı ötüb - YENİLƏNİB
Tramp: Kaliforniyada yanğınlardan zərər çəkənlər üçün toplanan 100 milyon dollar yoxa çıxıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
