"Sabah"ın baş məşqçisi: "Levski" ilə cavab oyununda qələbə qazanacağımıza inanıram"
"Sabah" "Levski"yə qarşı cavab matçında qələbə qazanacaq.
"Report" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Levski"yə (Bolqarıstan) qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis qələbə münasibəti ilə rəqib komandanı təbrik edib:
"Matç kifayət qədər çətin keçdi və bu cür olacağını əvvəlcədən bilirdik. Planlı şəkildə mübarizə aparırdıq və futbolçularımız son dəqiqəyə qədər bunu bacarılar. Təəssüf ki, qarşılaşmanın son saniyəsində qapımızda qol gördük. "Levski" yüksək səviyyəli komandadır. İlk hissədə oyuna nəzarət bizim tərəfimizdə idi.. Ümumilikdə onu deyə bilərəm ki, bərabər səviyyəli görüş oldu. İkinci hissədə fərqlənmək üçün şanslarımız vardı. Cavab matçında qələbə qazanacağımıza inanıram".
O, görüşün ikinci hissəsində rəqib komandanın baş məşqçisinin "Sabah"a qarşı fərqli taktika seçdiyini söyləyib:
"İkinci hissədə rəqib baş məşqçisinin pressinqə qarşı bir həll tapacağını və bizi pressinqdən kənarlaşdırmaq üçün yollar axtaracağını gözləyirdik və elə də oldu. Xüsusən də oyunun 60-cı, 68-ci dəqiqələrinə qədər Everton Balla daha dərin oynadı və orada əlavə oyunçu üstünlüyü yaratdı. Biz həmin anda bir az kompaktlığımızı itirdik və “Levski” üstünlük qazandı. Amma bundan sonra öz həll yollarımızı tapdıq və oyunun bərabər səviyyədə davam etdiyini düşünürəm. Və əlbəttə, stadiondakı atmosfer möhtəşəm idi. Bu, ev sahibi komanda üçün böyük üstünlük sayılırdı. Düşünürəm ki, əgər stadionda bu atmosfer olmasaydı, fərqli nəticə ola bilərdi".
Qeyd edək ki, "Levski" - "Sabah" görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında cavab matçı avqustun 14-də keçiriləcək


width="220" alt=""Sabah"ın baş məşqçisi: "Bizi "Levski" ilə qarşılaşmada nəyin gözlədiyini bilirəm"" />
width="220" alt=""Sabah"ın baş məşqçisi: "Möhtəşəm qələbə qazandıq"" />
width="220" alt="Moldova klubunun baş məşqçisi: "Sabah"la cavab oyununda riskə getməli olduğumuzu bilirdik"" />
width="220" alt=""Levski"nin baş məşqçisi: "Çempionat matçından sonra "Sabah"la oyunu düşünəcəyik"" />
width="220" alt=""Sabah"ın baş məşqçisi: "Petrokub"u təhlil etmək üçün kifayət qədər materialımız var idi"" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />