Fransalı futbolçu UEFA Superkuboku oyunundan sonra irqçiliyə məruz qalıb
sizinxeber.az xəbər saytı

Fransalı futbolçu UEFA Superkuboku oyunundan sonra irqçiliyə məruz qalıb


İngiltərənin "Tottenhem" klubunun futbolçusu Matis Tel irqçiliyə məruz qalıb.

"Report"un məlumatına görə, London təmsilçisi yaydığı bəyanatda bunun Fransanın PSJ komandasına uduzduqları UEFA Superkuboku matçından sonra yaşandığını bildirib.

Klub fransalı oyunçuya dəstək olub və həmin şəxslərin müəyyən edilməsi üçün səlahiyyətli təşkilatlarla çalışacağını bəyan edib.

Qeyd edək ki, qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Paris klubu rəqibini penaltilər seriyasında üstələyib. "Tottenhem"də Matis Tel də 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.

Oxşar xəbərlər

PSJ-nin futbolçusu UEFA Superkuboku oyununu buraxacaq
UEFA Superkuboku: PSJ növbəti titulunu qazanıb
PSJ tarixində ilk dəfə UEFA Superkubokunun qalibi olub
Luis Enrike UEFA Superkubokunu iki fərqli komanda ilə qazanan beşinci mütəxəssis olub
"Tottenhem" avrokuboklar tarixində ikinci dəfə ilk dəqiqədə qol vurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər