"Tottenhem" avrokuboklar tarixində ikinci dəfə ilk dəqiqədə qol vurub
sizinxeber.az xəbər saytı

"Tottenhem" avrokuboklar tarixində ikinci dəfə ilk dəqiqədə qol vurub


İngiltərənin "Tottenhem" klubu avrokuboklar tarixində ikinci dəfə oyunun ilk dəqiqəsində qol vurub.

"Sizinxeber.az" "Opta"ya istinadən xəbər verir ki, London təmsilçisi sonuncu dəfə 1971-ci ilin dekabrda bunu bacarıb.

Paytaxt klubu ötən gün UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk matçında, evdə Norveçin "Budyo-Qlimt" komandasına 3:1 hesabı ilə qalib gəlib. Görüşün 1-ci dəqiqəsində Brennan Conson hesabı açıb.

"Tottenhem" 1971-ci ildə UEFA Kubokunda (hazırkı Avropa Liqası) Rumıniyanın "Rapid" (Buxarest) kollektivi ilə qarşılaşmanın ilk dəqiqəsində rəqibi məyus edib.

Oxşar xəbərlər

UEFA Avropa Liqasının yarımfinal mərhələsinə start veriləcək
UEFA Avropa Liqası: "Qarabağ" səfərdə Norveç klubu ilə qarşılaşacaq
UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub
UEFA Avropa Liqası: İki oyunda yeddi qol vurulub
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"lə oyunda penalti zərbəsindən yararlana bilməyib - YENİLƏNİB-6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər