Avropanın ən yaxşı 30 məşqçisinin reytinqini açıqlanıb
Nüfuzlu ESPN idman nəşri Avropanın ən yaxşı 30 futbol məşqçisinin reytinqini təqdim edib. Siyahını tərtib edərkən müəlliflər aşağıdakı parametrlərə istinad ediblər: məşqçilik fərasəti, futbol üslubu, idarəetmə bacarığı, oyunçular və media ilə ünsiyyət, nailiyyətlərin tarixi və yeni ideyaları təəccübləndirmək və yaratmaq bacarığı. Hər bir məşqçi 100 ballıq sistemlə qiymətləndirilib. Eyni zamanda, portal komandalara bir ildən artıq rəhbərlik etməyən (Yurgen Klopp) və ya milli komandaları çalışdıran (Karlo Ançelotti, Luis de la Fuente, Didye Deşam və s.) məşqçiləri də nəzərə almayıb.
Birinci yeri müəlliflərin əməyini 100 baldan 86 balla qiymətləndirdiyi Fransa PSJ-sinin baş məşqçisi Luis Enrike tutub. İkinci yerdə “Liverpul”dan Arne Slot qərarlaşıb. Üçüncü yeri “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola tutur.
ESPN-in Avropa futbol menecerlərinin reytinqi belədir:
Luis Enrike (PSJ);
Arne Slot (“Liverpul”);
Pep Qvardiola (“Mançester Siti”);
Xabi Alonso (“Real Madrid”);
Hans-Diter Flik (“Barselona”);
Mikel Arteta (“Arsenal”);
Antonio Konte (“Napoli”);
Simone İnzagi (“İnter”);
Can Pyero Qasperini (“Roma”);
Ernesto Valverde (“Atletik Bilbao”);
Unai Emeri (“Aston Villa”);
Enzo Mareska (“Çelsi”);
Andoni İraola (“Bornmut”);
Oliver Qlasner (“Kristal Pelas”);
Eddi Hau (“Nyukasl Yunayted”);
Dieqo Simeone (“Atletiko Madrid”);
Tomas Frank (“Tottenhem Hotspur”);
Roberto De Zerbi (“Marsel”);
Vensent Kompani (“Bavariya”);
Massimiliano Alleqri (“Milan”);
Tiaqo Motta (klubsuz);
Angelos Postekoglu (klubsuz);
Brendan Rocers (“Seltik”);
Ruben Amorim (“Mançester Yunayted”);
Marko Silva (“Fulhem”);
Erik ten Haq (“Bayer”);
Fabian Hürseler (“Brayhton end Houv Albion”);
David Moyes (“Everton”);
Nunu Eşpirito Santu (“Nottingem Forest”);
Dino Toppmöller (“Ayntraxt Frankfurt”).


width="220" alt="İngiltərə Premyer Liqasında XXI əsrin ən yaxşı məşqçilərinin reytinqi tərtib olunub" />
width="220" alt=""Liverpul"un baş məşqçisi klubun tarixinə düşüb" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />