PUA səbəbindən Helsinki aeroportunun fəaliyyəti dayandırılıb
sizinxeber.az xəbər saytı

PUA səbəbindən Helsinki aeroportunun fəaliyyəti dayandırılıb


Uusima hava məkanında təhlükə səbəbindən Helsinki aeroportunda hava əlaqəsi bir neçə saatlıq dayandırılıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Yle" məlumat yayıb.

Bildirilib ki, bu gün səhər Tokioya gedən iki təyyarədən biri "Stokholm-Arlanda" hava limanına, digəri isə Rovaniemi aeroportuna yönləndirilib. Osakadan gələn təyyarə də Rovaniemidə eniş edib.

Təyyarələr Finlandiyanın hava məkanına Laplandiya üzərindən daxil olduğu üçün Rovaniemi Şimal qütbündən keçən reyslər üçün ehtiyat hava limanı kimi istifadə olunur.

Honkonq, Sinqapur və Malaqadan gələn reyslər isə "Stokholm-Arlanda" hava limanına yönləndirilib.

Aviaşirkətlər Helsinki hava limanından yola düşən ona yaxın reysi ləğv ediblər. Əksər reyslərin uçuş vaxtı səhər saat 8-dən sonraya keçirilib.

Səlahiyyətli qurumlar Uusimaa üzərində pilotsuz uçuş aparatının (PUA) hərəkət etdiyini bildiriblər. İnsanlara qapalı məkanlarda qalmaq tövsiyə olunub.

Oxşar xəbərlər

AZAL: Gəncəyə yönləndirilən sərnişinləri daşımaq üçün ehtiyat uçuş heyəti göndərilib - YENİLƏNİB
Banqkok–Helsinki marşrutu üzrə uçan təyyarə Bakıda məcburi eniş edib
BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib 
Litva aeroportunda uçuşlar müvəqqəti dayandırılıb
"Zvartnots" hava limanında təyyarələr pis hava səbəbindən eniş edə bilməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər