Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
sizinxeber.az xəbər saytı

Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib


“Liverpul”un baş məşqçisi postuna əsas namizədlərdən birinə çevrilmiş Niderlandın “Feyenoord” komandasının çalışdırıcısı Arne Slot klubunun Mersisayd təmsilçisi ilə danışıqlar apardığını təsdiqləyib.

“Sizinxeber.az” futbol insayderi Fabritsio Romanoya istinadən xəbər verir ki, bu barədə 45 yaşlı mütəxəssis ESPN-yə deyib.

“Liverpul”un məşqçisi olmaq istərdim, qərarım aydındır. “Feyenoord” və “Liverpul” danışıqlar aparırlar, mən isə bundan nə çıxacağını gözləyirəm. Mən əminəm, klubların razılığa gəlməsini gözləyirəm”, – o bildirib.

Xatırladaq ki, ilin əvvəlində “Liverpul”un indiki baş məşqçisi Yürgen Klopp cari mövsümün sonunda “qırmızılar”ı tərk edəcəyini açıqlayıb.

Oxşar xəbərlər

“Liverpul” azı bir neçə həftə əsas qapıçısız qalacaq
Yurgen Klopp “Barselona”ya rəhbərlik edə bilər
“Liverpul” “Şeffild”lə oyunda tarixi rekorda imza atıb
"Bayer 04"ün baş məşqçisi İngiltərə və Almaniya klublarının təklifindən imtina edib
“Liverpul” məğlubiyyətsizlik seriyasını altıya çatdırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər