Elmar Baxşıyev: "Omoniya"ya qarşı əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq"
sizinxeber.az xəbər saytı

Elmar Baxşıyev: "Omoniya"ya qarşı əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq"


"Araz-Naxçıvan" futbolçuları "Omoniya"ya qarşı əllərindən gələnin ən yaxşısını edəcəklər.

"Report" xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın başç məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Omoniya"ya (Kipr) qarşı keçirəcəkləri ilk oyundan öncə mətbuat konfransında deyib.

O, sabakı qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyib:

"Sabahkı oyuna yaxşı hazırlaşmışıq. "Omoniya"ya qarşı əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Düşünürəm ki, rəqibi yaxşı təhlil etmişik. Rəqib komanda yaxşı futbolçulardan təşkil olunub. Bizim komandada əsas və ya ehtiyat qüvvə yoxdur. Bütün futbolçular mənim sərəncamımdadır. Nə vaxt ehtiyac olarsa, hər biri meydanda özlərini ən yaxşı tərəfdən göstərməyə hazırdılar".

Baş məşqçi azarkeşlərə səslənib:

"Azarkeş dəstəyi bizim üçün önəmlidir. "Aris"lə matçda da gördük ki, futboçlularımız tərəfdarların önündə daha böyük ruh yüksəkliyi ilə çıxış edirlər. İstərdim ki, sabahkı görüşdə gəlsinlər və komandamıza dəstək olsunlar".

Qeyd edək ki, “Araz-Naxçıvan” - “Omoniya” matçı avqustun 7-də "Dalğa Arena"da, saat 20:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Nikosiyada təşkil olunacaq.

Oxşar xəbərlər

"Araz-Naxçıvan"ın futbolçusu: "Omoniya" komandasını yaxşı təhlil etmişik"
"Araz-Naxçıvan"ın baş məşqçisi: "Təcrübəsiz kimi görünsək də, bütün gücümüzü meydanda qoyacağıq"
Elmar Baxşıyev: "Aris"lə oyunda şanslı tərəf biz olduq"
"Omoniya"nın baş məşqçisi: "Araz-Naxçıvan" yaxşı komandadır"
Elmar Baxşıyev: “Zirə” kiprli azarkeşlərin təzyiqinə dözsə, öz oyununu diktə edə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər