Azərbaycan millisinin sabiq məşqçisi: "Yunanıstandakı cavab matçı "Araz-Naxçıvan” üçün çətin olacaq"
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin Bakıda keçirilən ilk görüşündə “Aris”i (Yunanıstan) məğlub edən (2:1) “Araz-Naxçıvan” üçün cavab matçı çətin olacaq.
Bunu “Sizinxeber.az”a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Mahmud Qurbanov deyib.
Mütəxəssis Naxçıvan komandasının oyununu yüksək qiymətləndirib:
“Araz-Naxçıvan”ın həm oyunu, həm nəticə, həm də aqressivliyi yaxşı və qənaətbəxş idi. Böyük istək, qələbə ruhu, mübarizə var idi. Nəzərə alaq ki, rəqib də asan deyil və cavab oyunu “Araz-Naxçıvan” üçün çətin olacaq. Baxmayaraq ki, minimal fərqlə qələbə qazanıblar. Naxçıvan komandası dünən “Aris”ə imkan vermədi. Yunanıstanlı azarkeşlər çılğın olsalar da, “Araz-Naxçıvan”ın futbolçuları təcrübəlidirlər. Azarkeşlərin təzyiqlərinə fikir verməyəcəklər və əsas diqqətlərini öz oyunlarına yönəldəcəklər”.
Veteran futbolçu komandanın mərhələ keçmək şansları haqqında da fikirlərini bölüşüb:
“Araz-Naxçıvan”ın mərhələ keçmək şansları Yunanıstan klubu ilə eynidir. Çünki top fərqi azdır və rəqib də öz meydanında oynayacaq. Bununla yanaşı, təhlükəli futbolçulara malikdirlər. Düzdür, “Araz-Naxçıvan”ın heyəti də pis deyil və birinci oyunda yaxşı nəticə qazandılar. Məsələn, Patrik Andrade neçə ildir Azərbaycanda çıxış edir. Felipe Santos öz işini görür, qol vurdu, yaxşı oynadı. Yeni transferlər barədə isə hələ heç nə demək olmaz. Ümumilikdə komandanın hücum potensialı güclüdür”.
Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 31-də Yunanıstanda keçiriləcək.


width="220" alt="Yunanıstan klubunun baş məşqçisi: "Araz-Naxçıvan"la cavab oyunu tamam fərqli olacaq"" />
width="220" alt=""Aris"in baş məşqçisi: "Araz-Naxçıvan"ı təhlil etmişik, bizi nə gözlədiyini bilirik"" />
width="220" alt=""Araz-Naxçıvan"ın baş məşqçisi: "Bu gün əsl xarakter nümayiş etdirdik və layiqli qələbə qazandıq"" />
width="220" alt="Konfrans Liqası: "Araz-Naxçıvan" - "Aris" oyunu başlayıb" />
width="220" alt="Azər Bağırov: "Araz-Naxçıvan” Yunanıstan klubundan üstündür"" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />