"Araz-Naxçıvan"ın baş məşqçisi: "Bu gün əsl xarakter nümayiş etdirdik və layiqli qələbə qazandıq"
sizinxeber.az xəbər saytı

"Araz-Naxçıvan"ın baş məşqçisi: "Bu gün əsl xarakter nümayiş etdirdik və layiqli qələbə qazandıq"


“Araz-Naxçıvan” futbolçuları xarakter nümayiş etdirərək qələbə qazanıblar.

"Report" xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"ə (Yunanıstan) qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis çətin rəqibə qarşı mübarizə apardıqlarını bildirib:

“Bizi dəstəkləyən bütün azarkeşlərə öz təşəkkürümü bildirirəm. Hər an bizə öz dəstəklərini nümayiş etdirdilər. Onlar bizi qol buraxdıqdan sonra da tək buraxmadılar. Yaxşı işə imza atdığımızı düşünürəm. Müddət keçdikcə, daha güclü komandaya çevriləcəyik. Zədəli futbolçularımız sıralara döndükdən sonra gücümüzə güc qatacaqlar. Bu gün əsl xarakter nümayiş etdirdik və layiqli qələbə qazandıq. Rəqibin bizə hansı sürprizlər hazırladığını bilirdik".

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Aris” qarşılaşması Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab matçı iyulun 31-də Salonikidə baş tutacaq.

Oxşar xəbərlər

"Aris"in baş məşqçisi: "Araz-Naxçıvan"ı təhlil etmişik, bizi nə gözlədiyini bilirik"
"Araz-Naxçıvan"ın futbolçusu: "Sabah bizi ağır oyun gözləyir"
Yunanıstan klubunun futbolçusu: "Araz-Naxçıvan" üzərində qələbə qazanmaq istəyirik"
Yunanıstan klubunun baş məşqçisi: "Araz-Naxçıvan"la cavab oyunu tamam fərqli olacaq"
“Araz-Naxçıvan” Türkiyədəki sonuncu yoxlama matçında qələbə qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər