Azər Bağırov: "Araz-Naxçıvan” Yunanıstan klubundan üstündür"
“Araz-Naxçıvan” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün üz-üzə gələcəyi “Aris”dən (Yunanıstan) üstündür.
Bunu “Report”a açıqlamasında Naxçıvan təmsilçisinin sabiq baş məşqçisi Azər Bağırov deyib.
Mütəxəssis klubun yay fasiləsində yaxşı transferlər həyata keçirdiyini söyləyib:
“Zirə”nin “Hayduk”la qarşılaşması onu göstərdi ki, bütün rəqiblərə qarşı oynamaq olar. Sadəcə, düzgün taktika seçmək lazımdır. Ən önəmlisi komandanı psixoloji cəhətdən qələbəyə hazırlamaqdır. “Aris” barədə düşüncələrim çox yaxşıdır. Bunula yanaşı, “Araz-Naxçıvan”ın da son vaxtlar həyata keçirdiyi transferlər və yoxlama matçları komandanın ciddi hazırlaşdığını göstərir. Fikrimcə, “Araz-Naxçıvan” bu rəqibini keçə bilər. Ən azı Azərbaycanda qələbə qazanmaq mümkündür. Demək olar yay fasiləsində ölkədə ən yaxşı transferləri “Araz-Naxçıvan” həyata keçirdi. Mənə elə gəlir, Naxçıvan komandası daha üstündür”.
O, rəqib komandanın transferlərinə toxunub:
“Hər iki tərəf raundu keçmək, zəif tərəflərini gücləndirmək istəyir. “Aris”in transfer etdiyi futbolçuların səviyyəsini bugünkü qarşılaşmada görəcəyik. “Araz-Naxçıvan” hazırlığa daha çox vaxt sərf edib. Əvvəlki heyətən Vadim Abdullayevlə yolları ayırıblar, qalan bütün futbolçuları isə saxlayıblar”.
Məşqçi azarkeşlərin sayının az olmasının da oyuna təsir edəcəyini vurğulayıb:
“Azarkeş məsələsi komandanın oyununa təsir edə bilər. Mən və yaxın dostlarım bu gün “Araz-Naxçıvan”ı dəstəkləməyə gedəcəyik. Azarkeşsiz futbol olmur. Komanda "doğma divarlar" arasında oynasa, daha çox dəstək görər. Vaxtilə “Araz-Naxçıvan”da çalışanda bunu görmüşəm”.
Qeyd edək ki, “Araz-Naxçıvan” - “Aris” görüşü bu gün, saat 20:00-da "Dalğa Arena"da start götürəcək.


width="220" alt="Yunanıstan klubunun futbolçusu: "Araz-Naxçıvan" üzərində qələbə qazanmaq istəyirik"" />
width="220" alt=""Aris"in baş məşqçisi: "Araz-Naxçıvan"ı təhlil etmişik, bizi nə gözlədiyini bilirik"" />
width="220" alt="“Araz-Naxçıvan” – “Aris” oyununa satılan biletlərin sayı açıqlanıb" />
width="220" alt=""Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasındakı rəqibi qapıçı transfer edib" />
width="220" alt=""Araz-Naxçıvan"ın rəqibi milli üzvünü transfer edib" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />