Yunanıstan klubunun baş məşqçisi: "Araz-Naxçıvan"la cavab oyunu tamam fərqli olacaq"
"Araz-Naxçıvan"la cavab oyunu tamam fərqli olacaq.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Aris"in (Yunanıstan) baş məşqçisi Marinos Uzunidis UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Araz-Naxçıvan"a qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis maraqlı görüşə şahidlik etdiklərini bildirib:
"Bizim üçün çox pis nəticə oldu. Qol vurduqdan sonra oyuna nəzarət edə bilərdik, lakin bacarmadıq. Bəzi futbolçularımız fiziki cəhətdən hazır deyildilər. Rəqib qələbəyə layiq idi. Artıq ilk qarşılaşmanı unudub, cavab görüşünə hazırlaşmalıyıq. Cavab matçı tamamı ilə fərqli olacaq. Təcrübəli futbolçularımız var. Cavab görüşündə onların gücündən yararlanacağıq. İkinci qolu səhvimizdən buraxdıq. Hətta, üçüncü qolu da qapımızda görə bilərdik".
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Aris” qarşılaşması Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab matçı iyulun 31-də Salonikidə baş tutacaq.
Oxşar xəbərlər
"Aris"in baş məşqçisi: "Araz-Naxçıvan"ı təhlil etmişik, bizi nə gözlədiyini bilirik"
Konfrans Liqası: "Araz-Naxçıvan" - "Aris" oyunu başlayıb
“Araz-Naxçıvan”la qarşılaşacaq Yunanıstan klubunun yoldaşlıq görüşlərindəki rəqibləri müəyyənləşib
Yunanıstan klubunun futbolçusu: "Araz-Naxçıvan" üzərində qələbə qazanmaq istəyirik"
UEFA Konfrans Liqası: "Araz-Naxçıvan"ın rəqibini Bakıda təxminən 20 azarkeş dəstəkləyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
