Çempionlar Liqası: "Şelburn" - "Qarabağ" oyununa biletlər tükənib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
iy
2025
10:00
0
0
1 424

Çempionlar Liqası: "Şelburn" - "Qarabağ" oyununa biletlər tükənib

20 iy, 2025
10:00
1 424

Çempionlar Liqası: "Şelburn" - "Qarabağ" oyununa biletlər tükənib

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Şelburn” (İrlandiya) - “Qarabağ" oyununun biletləri tükənib.

"Report" xəbər verir ki, bu barədə İrlandiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

5750 tamaşaçı tutumuna malik "Tolka Park" stadionunda baş tutacaq qarşılaşma üçün bütün biletlər satılıb.

Qeyd edək ki, "Şelburn" və "Qarabağ" komandaları arasında ilk oyun iyulun 23-də Dublində, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Tərəflər arasında cavab matçı iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın