UEFA Çempionlar Liqası: "Şelburn" - "Qarabağ" matçının hakimləri müəyyənləşib
sizinxeber.az xəbər saytı

UEFA Çempionlar Liqası: "Şelburn" - "Qarabağ" matçının hakimləri müəyyənləşib


"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"la (İrlandiya) keçirəcəyi ilk matçın hakimləri müəyyənləşib.

"Sizinxeber.az" xəbər verir ki, görüşü Xorvatiyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.

Qarşılaşmanın baş hakimi Ante Çulina olacaq. Ona Luka Puşiç və İvan Mihali kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mateo Erceq yerinə yetirəcək.

VAR hakimi Mario Zebec, AVAR hakimi isə Tixomir Pejin olacaq.

Qeyd edək ki, qarşılama iyulun 23-də Dublindəki "Tolka Park" stadionunda, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Tərəflər arasında cavab matçı iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da başlayacaq.

Oxşar xəbərlər

"Qarabağ"ın Cəbəllütariq klubu ilə matçının hakimləri dəyişdirilib
UEFA Avropa Liqası: "Sabah"ın Sloveniya klubu ilə matçlarının hakimləri müəyyənləşib
UEFA Avropa Liqası: "Qarabağ" - "Malmö" oyununun hakimləri müəyyənləşib
“Qarabağ” – “Linkoln” oyununun hakimləri dəyişdirilib
UEFA Çempionlar Liqası: "Qarabağ" ilk matçına bu gün Cəbəllütariqdə çıxacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər