"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi yeni futbolçu transfer edib
sizinxeber.az xəbər saytı

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi yeni futbolçu transfer edib


"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində üz-üzə gələcəyi İrlaniyanın "Şelburn" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "qırmızılar"ın mətbuat xidməti məlumat yayıb.

Dublin təmsilçisi yarımmüdafiəçi Cek Henri Frensisi sıralarına cəlb edib. 21 yaşlı oyunçu İngiltərədə "Fulhem" və "Arsenal" klublarının akademiyalarında çıxış edib. O, son olaraq İrlandiyada "Slayqo" kollektivinin formasını geyinib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Şelburn" - "Qarabağ" oyunu iyulun 23-də Dublindəki "Tolka Park" stadionunda, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Tərəflər arasında cavab matçı iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da başlayacaq.

Oxşar xəbərlər

UEFA Çempionlar Liqası: "Şelburn" - "Qarabağ" matçının hakimləri müəyyənləşib
Çempionlar Liqası: "Qarabağ" iştirak ərizəsini UEFA-ya təqdim edib
“Qarabağ”ın ÇL-dəki potensial rəqibləri Dublində qarşılaşıb
UEFA Çempionlar Liqası: “Qarabağ” - “Şelburn” oyununun biletləri satışa çıxarılır
UEFA Çempionlar Liqası: "Qarabağ" ilk matçına bu gün Cəbəllütariqdə çıxacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər