Şavkat Mirziyoyev İlham Əliyevi Azərbaycan millisinin minifutbol üzrə dünya çempionu olması münasibətilə təbrik edib
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan milli komandasının Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatında inamlı qələbəsi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
"Report"un xəbərinə görə, o, Azərbaycan Prezidenti ilə ikitərəfli görüşündə təbriklərini çatdırıb.
"İlham Heydər oğlu, mən də sizi təbrik etmək istəyirəm: minifutbol üzrə Azərbaycan milli komandası dünya çempionudur. Biz gördük və həqiqətən də sevindik ki, böyük futbola cəmi bir addım qalıb", - Özbəkistan lideri qeyd edib.
Xatırladaq ki, daha əvvəl Azərbaycan millisi minifutbol üzrə dünya çempionatının qalibi olub. Elşad Quliyevin yetirmələri finalda Macarıstan millisini yenib.
Oxşar xəbərlər
Azərbaycanın minifutbol millisinin dünya çempionu olması münasibətilə Bakıda konsert keçirilir
ABŞ səfirliyi Azərbaycan millisini təbrik edib
İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib
Azərbaycanın minifutbol millisinin dünya çempionu olması münasibətilə konsert proqramı təşkil ediləcək
Dünya Minifutbol Federasiyasının prezidenti: "Azərbaycan millisi yarandığı 8 il ərzində inanılmaz işlər görüb"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
"AzerGold" qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb
-
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
