Azərbaycan Cüdo Federasiyasının məşqçilər üçün təşkil etdiyi peşəkar inkişaf proqramı davam edir
Azərbaycan Cüdo Federasiyasının (ACF) Şəkidə şimal-qərb regionunun məşqçiləri üçün təşkil etdiyi peşəkar inkişaf proqramının ikinci günündə ilkin yardımla bağlı təlim keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, təlimdə idman zamanı baş verə biləcək zədələr — xüsusilə travmalar, burxulmalar və huşun itməsi hallarında göstəriləcək ilkin müdaxilə üsullarından bəhs olunub.
Məşqçilərə, həmçinin zədələnmiş idmançının vəziyyətini qiymətləndirmək və həkim gələnə qədər təhlükəsiz şərait yaratmaq qaydaları izah edilib. Təlimin sonunda təşkil olunan imtahanı uğurla başa vuran məşqçilərə beynəlxalq dərəcəli sertifikatlar təqdim olunub.
Günün praktiki sessiyası isə "ne-waza" — yerdə tətbiq olunan texnikalara həsr edilib. Təlimatçılar "osaekomi-waza"ya daxil olan bütün saxlama fəndlərini nümayiş etdiriblər. Həmçinin bu fəndlər, onlardan yayınma yolları və uyğun kombinasiyalar Beynəlxalq Cüdo Federasiyasının Akademiyasının imtahan formatına uyğun şəkildə izah olunub.


alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />