Goranboyda cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı başa çatıb
Azərbaycan Cüdo Federasiyasının (ACF) Goranboyda məşqçilər üçün təşkil etdiyi peşəkar inkişaf proqramı başa çatıb.
ACF-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, proqramda son sessiyalarda milli komandaların fiziki hazırlıq üzrə məşqçisi Fariz Əsgərov antogenez, aşağı yaş qruplarında cüdoçular üçün fiziki yüklənmə normaları, bu prosesin kreativ yolları və idman qidalanması mövzularında təqdimatla çıxış edib.
ACF-nin Təhsil şöbəsinin müdiri Orxan Oruczadə isə klubların lisenziyalaşdırılması və məşqçilərin sertifikatlaşdırılması barədə iştirakçılara məlumat verib.
Bundan əlavə, Orxan Səfərov və Asiman Allahverdiyev uşaqlarda cüdo vərdişlərinin formalaşması, koordinasiya və sürətin inkişafı üçün vacib hərəkətlər üzrə praktiki təlimlər keçiblər.
Yekunda iştirakçılar praktiki imtahan verib və nəzəri bilikləri yoxlanılıb. Sınaqları uğurla başa vuran 29 məşqçi-müəllimə ACF tərəfindən sertifikat təqdim olunub.
Altı gün davam edən proqramda Gəncə-Daşkəsən, Qarabağ və Şərqi Zəngəzur regionlarından olan məşqçilər iştirak ediblər.
Oxşar xəbərlər
Azərbaycan Cüdo Federasiyası tərəfindən Goranboyda ustad dərsi keçirilib
ACF regionlarda cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramının icrasına başlayıb
Azərbaycanın regionlarında cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı hazırlanıb
AVF-nin Bakıda məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti kurs başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
