Azərbaycanın regionlarında cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı hazırlanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın regionlarında cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı hazırlanıb


Azərbaycanın regionlarında cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı hazırlanıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini və idman direktoru Kamran Talıbov yeni yaradılan cüdo liqaları ilə bağlı mətbuat konfransında bildirib.

O, hər bölgədə ayrı-ayrılıqda altı günlük seminar təşkil etmək istədiklərini söyləyib:

"Regionların inkişafı bizim üçün vacibdir. İlkin mərhələdə müəllimləri dəvət edəcəyik. Daha sonra bütün zallarda uşaqlara məşqlər keçiriləcək.İlk seminar aprelin 14-dən 19-na qədər Goranboyda keçiriləcək. Hazırda müəllimlərin inkişafı tam istədiyimiz səviyyədə olmasa da, irəliləyiş var. İdman Akademiyası ilə əməkdaşlıq edirik. Lazım olan dəstəyi göstəririk. İş gedir, fikrimcə, inkişaf var".

Oxşar xəbərlər

Azərbaycanda cüdo liqalarının başlayacağı tarix və keçiriləcəyi məkan bəlli olub
ACF-nin idman direktoru: "Liqalarda toplanan xallar cüdoçuların reytinqini formalaşdıracaq"
Bakıda Avropa Cüdo Birliyinin Tibb Komissiyasının tibbi seminarı başlayıb
Azərbaycan Cüdo Federasiyası hakim olmaq istəyənlər üçün seminar təşkil edib
2026-cı ildə cüdo üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle