Bakıda dan dərəcələri üzrə seminar və imtahan baş tutacaq
sizinxeber.az xəbər saytı

Bakıda dan dərəcələri üzrə seminar və imtahan baş tutacaq


Mayın 21-24-ü aralığında Bakıda Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə dan dərəcələri üzrə seminar və imtahan baş tutacaq.

ACF-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunacaq seminar və imtahan cüdo məşqçiləri üçün açıqdır, namizədlər 17 yaşdan yuxarı və qəhvəyi kəmərə sahib olmalıdırlar.

Bildirilib ki, seminar və imtahan Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasında təhsil almaq, həmçinin məşqçi sertifikatlaşdırması üçün zəruridir. Əsas məqsəd dan sistemi üzrə məşqçilərin bacarıqlarını qiymətləndirmək və inkişaf etdirməkdir. Seminar həmçinin məşqçilərin motivasiyasını artıracaq, onların peşəkar bacarıqlarını daim artırmağa həvəsləndirəcək.

Oxşar xəbərlər

Azərbaycan Cüdo Federasiyası hakim olmaq istəyənlər üçün seminar təşkil edib
Məşqçilərin Beynəlxalq Cüdo Federasiyasının Akademiyasında təhsili davam edir
Azərbaycanda cüdoçuları üçün kəmər dərəcələri üzrə imtahanlar keçiriləcək
Azərbaycanda cüdoçular üçün kəmər dərəcələri üzrə imtahanlar keçiriləcək
Azərbaycan Gimnastika Federasiyasının texniki direktoru seminar keçəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle