ACF regionlarda cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramının icrasına başlayıb
sizinxeber.az xəbər saytı

ACF regionlarda cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramının icrasına başlayıb


Azərbaycan Cüdo Federasiyası (ACF) regionlarda cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramının icrasına başlayıb.

"Report" xəbər verir ki, bu gün proqramın ilk seminarı Goranboyda Gəncə-Daşkəsən, Qarabağ və Şərqi Zəngəzur regionlarının məşqçi-müəllimləri üçün keçirilib.

Proqram çərçivəsində cüdo texnikaları, kombinasiyalar üzrə nəzəri və praktiki hazırlıqlar baş tutub. İlk seminarda ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu və ACF prezidentinin müşaviri Natiq Bağırov da iştirak edib.

Seminarlarda həmçinin Cüdo Liqaları, ilkin tibbi yardım, hakimliyin yeni qaydaları, sosial mediadan düzgün istifadədən də bəhs olunacaq. Proqram hər regionda 6 gün olmaqla keçiriləcək.

Oxşar xəbərlər

Azərbaycanın regionlarında cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı hazırlanıb
Bakıda Avropa Cüdo Birliyinin Tibb Komissiyasının tibbi seminarı başlayıb
Tərtər Olimpiya İdman Kompleksində cüdo zalı fəaliyyətə başlayıb
Özbəkistan Cüdo Federasiyasının prezidenti Bakıya gəlib
Qusarda yeni Cüdo Təlim Mərkəzi açılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle