Azərbaycan cüdoçuları Xorvatiyada Avropa Kubokunda iştirak edəcəklər
Azərbaycan böyüklərdən ibarət cüdo millisi Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək Avropa Kubokunda iştirak edəcək.
"Report" xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq turnirə 41 ölkədən 489 idmançı qatılacaq.
Yığma yarışda 10 çəki dərəsində 21 cüdoçu (13 kişi, 8 qadın) ilə təmsil olunacaq.
Cüdoçulara böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Elxan Məmmədovla Slavko Tekiç, qadınlardan ibarət millinin baş məşqçisi Amina Abdullatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.
Kişilər arasında Murad Muradlı, Elbrus Zamanov (hər ikisi 60 kq), Kamran Süleymanov, Eltac Yusifli, Bəhram Qurbanlı, Qasım Vəlizadə (hamısı 66), kq), İbrahim Əliyev, Aydın Rzayev (hər ikisi 73 kq), Kərim Allahverdiyev (81 kq), Vüqar Talıbov, Murad Fətiyev, Məmmədrza Hacızadə və İbrahim Ağakişiyev (hamısı 90 kq) mübarizə aparacaq.
Qadınların yarışında isə Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Südabə Ağayeva, Günel Həsənli, Aytac Qardaşxanlı (hamısı 70 kq), Nərmin Əmirli (78 kq) və Nigar Süleymanova (+78 kq) qalib olmağa çalışacaq.
Qeyd edək ki, yarış aprelin 5-6-da baş tutacaq.
Oxşar xəbərlər
Azərbaycanın gənc cüdoçuları Avropa Kubokunda mübarizə aparacaqlar
Azərbaycan cüdoçuları Açıq Avropa turnirində iştirak edəcəklər
Azərbaycan cüdoçuları Əbu-Dabidə "Böyük Dəbilqə" turnirində iştirak edəcək
Azərbaycan idmançıları Belçika açıq cüdo turnirində iştirak edəcəklər
Azərbaycanı Qran-pri turnirində təmsil edəcək cüdoçular müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
