Tahir Baxşıyev: "Cari mövsümdəki ən pis çıxışlarımızdan birini göstərdik"
sizinxeber.az xəbər saytı

Tahir Baxşıyev: "Cari mövsümdəki ən pis çıxışlarımızdan birini göstərdik"


Cari mövsümdəki ən pis çıxışlarımızdan birini göstərdik.

"Sizinxeber.az" xəbər verir ki, bunu NTD basketbol klubunun baş məşqçisi Tahir Baxşıyev "Şəki"yə qarşı Azərbaycan Kubokunun 1/4 final matçından sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis qələbəyə görə sevincli olduqlarını bildirib:

"Bu oyundan gözləntilər tamamilə fərqli idi. Cari mövsümdəki ən pis çıxışlarımızdan birini göstərdik. Sanki görüşdə enerji çatmırdı. Hər iki kollektiv də öz oyununu göstərə bilmədi. Biz bir az daha yaxşı oynadıq. Üçxallıq atışlarımız ürəyimizə olmadı. Üstəlik, son vaxtlar çox sıx qrafikdə oynayırıq. Ardıcıl görüşlər keçirmək məcburiyyətindəyik. Amma bütün komandalar eyni şərtlər altındadır. "Neftçi" ilə çempionat matçına hazırlaşacağıq".

Qeyd edək ki, NTD - "Şəki" qarşılaşması birincilərin 71:66 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxşar xəbərlər

NTD-nin baş məşqçisi: "Gələcəkdə bizi daha çox qələbələr gözləyir"
Rimas Kurtinaytis: "Ən yaxşı qələbələrimizdən birini qazandıq"
NTD klubunun baş məşqçisi: "Öz üzərimizdə işləməyə davam etməliyik"
NTD-nin baş məşqçisi: "Ən yaxşı oyunlarımız hələ qabaqdadır"
"Naxçıvan"ın baş məşqçisi: "Birinci pillədə olmağa layiq komandayıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər