Azərbaycan ağırlıqqaldıranı: Çalışacağam ki, gələcəkdə daha böyük nəticələr əldə edim
sizinxeber.az xəbər saytı

Azərbaycan ağırlıqqaldıranı: Çalışacağam ki, gələcəkdə daha böyük nəticələr əldə edim


Çalışacağam ki, gələcəkdə daha böyük nəticələr əldə edim.

“Report” xəbər verir ki, bunu Polşanın Raşin şəhərində gənclər və 23 yaşadək atletlər arasında keçirilən Avropa birinciliyində uğurla çıxış etmiş Azərbaycan ağırlıqqaldıranı Əli Şükürlü jurnalistlərə açıqlamasında deyib.

“Ağırlıqqaldırma Federasiyasının rəhbərliyi başda olmaqla qələbəmizdə əziyyəti olan hər kəsə təşəkkür edirəm. Uzun müddət idi ki, təlim-məşq toplantımız keçirilirdi. Avropa çempionatında 2 bürünc, 1 gümüş medal qazandım”, - o əlavə edib.

Qeyd edək ki, Ə.Şükürlü birdənqaldırmada 173 kq nəticə göstərərək gümüş medalını qazanıb. Təkanlaqaldırmada 201 kq ağırlığı başı üzərinə qaldıran idmançı bu dəfə bürünc medala sahib olub. Ə.Şükürlü toplamda da "üçlüy"ə düşməyi bacarıb. O, 374 kq (173+201) nəticə ilə fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Azərbaycanın ağırlıqqaldırma üzrə yığma komandası ağırlıqqaldırma üzrə gənclər və U23 arasında Avropa birinciliyində 2-si qızıl, 4-ü gümüş, 6-sı bürünc olmaqla ümumilikdə 12 medal qazanıb. O cümlədən R.Alməmmədov, Ömər Cavadov qızıl medala sahib olublar.

Oxşar xəbərlər

Azərbaycan ağırlıqqaldıranı Polşadakı Avropa birinciliyində üç medal qazanıb
Azərbaycanın ağırlıqqaldıranı Polşadakı Avropa birinciliyində üç medal qazanıb
Azərbaycanın Avropa birincisi: Uğurlu nəticələr üçün əlimizdən gələni etdik
Avropa birinciliyində uğurla çıxış etmiş Azərbaycan ağırlıqqaldıranları Vətənə qayıdıblar
Azərbaycan atleti Polşada keçirilən Avropa birinciliyində bürünc medal qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər