Azərbaycanın Avropa birincisi: Uğurlu nəticələr üçün əlimizdən gələni etdik
Uğurlu nəticələr qazanmaq üçün əlimizdən gələni etdik.
“Sizinxeber.az” xəbər verir ki, bunu Polşanın Raşin şəhərində gənclər və 23 yaşadək atletlər arasında keçirilən Avropa birinciliyində uğurla çıxış etmiş Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov jurnalistlərə açıqlamasında deyib.
“Yarış çox yaxşı keçdi. İki gümüş, bir qızıl medal qazandım. Federasiya rəhbərliyinə diqqət və qayğıya görə təşəkkür edirəm.
Rəqiblərim çox güclü idi. Lakin buna baxmayaraq üç medal qazandım. Qarşıdan gələn yarışlara daha yaxşı hazırlaşacağıq”, - R.Alməmmədov deyib.
Qeyd edək ki, Azərbaycanın ağırlıqqaldırma üzrə yığma komandası oktyabrın 26-dan noyabrın 3-dək keçirilmiş ağırlıqqaldırma üzrə gənclər və U23 arasında Avropa birinciliyində 2-si qızıl, 4-ü gümüş, 6-sı bürünc olmaqla ümumilikdə 12 medal qazanıb.
O cümlədən R.Alməmmədov, Ömər Cavadov qızıl medal qazanıblar.
Oxşar xəbərlər
Avropa birinciliyində uğurla çıxış etmiş Azərbaycan ağırlıqqaldıranları Vətənə qayıdıblar
Azərbaycanın ağırlıqqaldıranı Polşadakı Avropa birinciliyində üç medal qazanıb
Azərbaycan ağırlıqqaldıranı Polşadakı Avropa birinciliyində üç medal qazanıb
Avropa birinciliyi: Azərbaycan atleti 1 qızıl və 2 gümüş medal qazanıb
AAF-ın vitse-prezidenti: Azərbaycan çempionatı və birinciliyində ümidverici nəticələrə şahidlik etdik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











