Cəbrayıl şəhərində Zəfər Gününə həsr olunmuş idman yarışlarına start verilib
Bu gün Cəbrayıl şəhəri, akademik Mehdi Mehdizadə adına tam orta məktəbdə ilk dəfə müxtəlif idman növləri üzrə yarışlara start verilib.
"Report" xəbər verir ki, 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Yarışlardan öncə Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan qələbədən danışılıb, Zəfər Gününün tariximizin qızıl səhifələrindən olduğu vurğulanıb.
Futbol, voleybol, dama, kəndirlə mübarizə və basketbol üzrə təşkil olunan turnirdə Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd, Zəngilan rayonu Ağalı kənd və Cəbrayıl şəhəri akademik Mehdi Mehdizadə adına tam orta məktəbdən ümumilikdə 192 şagird iştirak edir.
Qalib gələcək komandalar medal, kubok və sertifikatlarla təltif olunacaqlar.
Oxşar xəbərlər
Cəbrayılda Mehdizadə adına məktəbdə pedoqoji heyət formalaşıb - FOTO
Bakıda atıcılıq üzrə Zəfər Kuboku start götürüb
Cəbrayıl Şəhəri Gününə həsr olunmuş konsert keçirilir - FOTO
Cəbrayılda ilk dərs günü münasibətilə tədbir keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Valeh Ələsgərov: "Ələtdə "Faza 3" üzrə ağır sənaye zonasında tikintiyə başlanılıb"
-
SOCAR ilə ICD arasında Anlaşma Memorandumu imzalanıb
-
Qiymətli kağızlar bazarı ilə bağlı yeni qanunvericilik paketi təqdim ediləcək
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
-
Köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb, açarlar təqdim edilib - FOTO - YENİLƏNİB
