Cəbrayılda Mehdizadə adına məktəbdə pedoqoji heyət formalaşıb - FOTO
"Prezidentin izi ilə" ənənəvi media tur iştirakçıları Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbdə olublar.
APA xəbər verir ki, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov jurnalistlərə bildirib ki, ərazisi 2,7 hektar olan məktəbdə 40 sinif otağı və 5 inzibati otaq var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 4 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb. Həmçinin, təhsil ocağının həyətində abadlıq işləri görülüb, futbol, basketbol, voleybol və açıq oyun meydançaları yaradılıb.
Bundan başqa F.Bədəlov məktəbdə pedoqoji heyətin formalaşmasının həyata keçirildiyini də diqqətə çatdırıb: "Sevindirici haldır ki, bütün müəllimlər Cəbrayıl şəhərinə köçürülən və Cəbrayıl rayonu ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərdir. Məktəbdə bütün fənlər üzrə ixtisaslı kadrlar çalışır".
Xatırladaq ki, təhsil ocağının təməli 2021-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.
Oxşar xəbərlər
Prezident Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bərdə, Quba və Ucarda məktəb açılışı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












