Azərbaycan güləşçisi dünya çempionu olub
sizinxeber.az xəbər saytı

Azərbaycan güləşçisi dünya çempionu olub


Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatının qızıl medalını qazanıb.

"Sizinxeber.az" xəbər verir ki, təmsilçimiz 1/8 finalda ukraynalı Alina Filipoviçdən güclü olub – 7:4.

O, növbəti mərhələdə türkiyəli Sevim Akbaşa heç bir şans tanımayıb – 10:0. Əliyeva yarımfinalda isə ABŞ-li Sofiya Makalusonu üstələyib və ardıcıl ikinci dəfə U-23 dünya çempionatının finalına yüksəlib.

Jalə finalda yaponiyalı Ruka Natami ilə qarşılaşıb. Daha öncə yeniyetmələr və gənclər arasında dünya çempionu olmuş rəqiblə görüş gərgin mübarizə şəraitində keçib. Natamiyə 10:8 hesabıyla qalib gələn güləşçimiz dünya çempionu olub.

Oxşar xəbərlər

Azərbaycanın güllə atıcısı dünya çempionu olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan güləşçisi Avropa çempionatının qızıl medalını qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın daha bir güləşçisi dünya çempionatında bürünc medal qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xetaq Karsanov U-20 dünya çempionatında gümüş medal qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın yeniyetmə cüdoçusu ikiqat dünya çempionu olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle