Azərbaycan bilyardçısı: "Gürcüstandakı yarış mənə yeni təcrübə qazandırdı"
"Gərgin və maraqlı keçən yarış mənə yeni təcrübə qazandırdı".
Bunu "Sizinxeber.az"a açıqlamasında Gürcüstanda təşkil olunan "AJARA CUP 2024" turnirində bürünc medal qazan Azərbaycan bilyardçısı Orxan Qubadov deyib.
O, sözügedən yarışda mükafatçılar sırasına düşməyindən danışıb:
"Maraqlı turnir idi. Yarış Şərqi Avropa Bilyard Şurasının təşkilatçılığı ilə keçirildi. Yarımfinala qədər çox yaxşı mübarizə apardım. Təəssüf ki, qazancım bürünc medal oldu. Gərgin və maraqlı keçən yarış mənə yeni bir təcrübə qazandırdı. Ümid edirəm ki, gələcəkdə daha çox idmançımız belə turnirlərdə iştirak edib uğurlu nəticələr göstərə biləcəklər".
O.Qubadov qarşıda onları 2025-ci ildə keçiriləcək Avropa çempionatı gözlədiyini bildirib:
"Qarşıda məni və komanda yoldaşlarımı Avropa çempionatı gözləyir. Birlikdə intensiv məşqlər edirik. İstəyirik ki, qitə turnirində ölkəmizi layiqincə təmsil edək. Məni və komanda yoldaşlarımı dəstəkləyən hamıya təşəkkür edirəm".
Qeyd edək ki, Orxan Qubadovun üçüncü yeri tutduğu "AJARA CUP 2024" turnirində 10 ölkədən 54 iştirakçı mübarizə aparıb.


width="220" alt="Azərbaycan bilyardçısı Gürcüstanda bürünc medal qazanıb" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />