Avropa Gimnastikasının rəsmisi: Bakıdakı yarışı fərqli formatda keçirmək istəyirik
Yarışı tamamilə fərqli formatda keçirməyi planlaşdırmışıq.
"Sizinxeber.az" xəbər verir ki, bunu Avropa Gimnastikasının "TeamGym" üzrə Texniki Komitəsinin prezidenti Per Şoustrand Bakıda ilk dəfə baş tutacaq Avropa çempionatı ilə bağlı açıqlamasında deyib.
Hazırda Bakıda tədbirin həyata keçirilməsi ilə bağlı görüşlərdə iştirak edən qurum rəsmisi tədbirdəki yeniliklər və təşkilatçılıqla bağlı məlumat verib:
"Azərbaycan Gimnastika Federasiyası Beynəlxalq yarışlar keçirmək baxımından təcrübəyə malikdir. Bu bizim üçün çox maraqlı layihə olacaq. "TeamGym" gimnastikası ildən-ilə inkişafdadır. Düşünürük ki, yarış yüksək səviyyədə keçəcək. Çünki burada Avropanın ən güclü komandaları yarışacaq. Ümidvaram ki, bu komandaların iştirakı böyük atmosfer yaradacaq. Gimnastikanın bu növü Avropanın 20 ölkəsində inkişaf etməkdədir. Bu rəqəmlər ildən-ilə yüksəlir. Qonşu ölkələrdən gələnlər burda yarışı keçirmək baxımından təcrübə toplaya bilərlər. Bu 15-ci Avropa çempionatıdır. Hər il fərqli ölkələrdə keçiririk, müxtəlif mədəniyyətlərlə tanış oluruq. Bu da bizim üçün yeni, şəhər, fərqli mədəniyyət olacaq.
Qeyd edək ki, "TeamGym" üzrə 15-ci Avropa çempionatı oktyabrda keçiriləcək.
Oxşar xəbərlər
Federasiya prezidenti: Gələn il MDB ölkələri arasında kamandan oxatma yarışı Xankəndidə keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
