Fransada yarış zamanı atdan yerə tullanan idmançı diskvalifikasiya edilib
Fransanın paytaxtı Parisdə yerləşən “Champ de Mars” cıdır meydançasında keçirilən yarış zamanı atdan yerə tullanan Alvinyo Roy diskvalifikasiya edilib.
“Sizinxeber.az” “Mirror”a istinadən xəbər verir ki, onun hərəkətlərinin videogörüntüləri izlənildikdən sonra idmandan 5 il müddətinə uzaqlaşdırılması ilə bağlı qərar qəbul edilib.
Xüsusi təyinatlı atı ilə lider mövqeyində irəliləyərkən qəfil yerə tullanan idmançının hərəkətləri bir sıra şübhələrə yol açıb və araşdırmalar aparılıb.
Jokey açıqlamasında yüngül üzəngilərdən istifadə etdiyi üçün atı yola tərəf yönəltmək istəyərkən ayağı sürüşdüyünü və tarazlığını saxlaya bilməyib yıxıldığını desə də, onun izahatları qəbul edilməyib.
Nəticədə yalan ifadələr söyləməkdə ittiham olunan idmançı günahkar bilinib və beş il müddətinə diskvalifikasiya edilib.
| A jockey fell off his horse in bizarre fashion while leading a race in Mauritius.
— Racenet (@RacenetTweets)
STORY:
Oxşar xəbərlər
Paris-2024: Stadnikin mübarizə apardığı çəkidə finala yüksələn idmançı diskvalifikasiya edilib
Rumıniyalı atlet 2 illik diskvalifikasiya olunub
“Formula 1” üzrə Belçika Qran Prisinin qalibi Rassel diskvalifikasiya edilib
Şimali irlandiyalı idmançı diskvalifikasiya edilib
Məzahir Pənahov: Seçki məntəqələrində əlil vətəndaşlar üçün 2471 pandus quraşdırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











