Şimali irlandiyalı idmançı diskvalifikasiya edilib
Şimali irlandiyalı qolfçu Qrem Makdouell diskvalifikasiya edilib.
“Report” “LİV Golf”a istinadən xəbər verir ki, 45 yaşlı idmançı antidopinq qaydalarını pozduğu üçün cəzalanıb.
Qadağan olunmuş maddədən istifadə edən qolfçunun cəzası qarşıdakı bir turnir üçün nəzərdə tutulub. O, həmçinin 125.000 ABŞ dolları (98.000 funt-sterlinq) məbləğində cərimələnib.
“Smash GC” komandasının üzvü olan Makdouell "LIV Golf Nashville"in avqustun 16-da qərbi Vircinyada keçiriləcək seriyasında iştirak edə bilməyəcək. O, yalnız 13-15 sentyabrda “LIV Golf Chicago”da yarışa qatılmaq hüququ qazanacaq.
2010-cu ildə ABŞ Açıq Çempionatının qalibi olan idmançı yuxu problemi yaşadığına görə müəyyən dərmanlar istifadə etdiyini və onların qadağan olunduğunu bilmədiyini açıqlayıb.
Oxşar xəbərlər
Paris-2024: Stadnikin mübarizə apardığı çəkidə finala yüksələn idmançı diskvalifikasiya edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Çexiya - Meksika oyunu başlayıb
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
DÇ-2026: CAR - Cənubi Koreya oyunu start götürüb
