Gənclər və idman naziri Bərdə və Yevlaxdakı idman obyektlərinə baxış keçirib
sizinxeber.az xəbər saytı

Gənclər və idman naziri Bərdə və Yevlaxdakı idman obyektlərinə baxış keçirib


Gənclər və idman naziri Fərid Qayıbov Bərdə şəhərinə səfəri çərçivəsində Bərdə Olimpiya İdman Kompleksinin mövcud vəziyyəti ilə maraqlanıb.

Nazirliyin mətbuat xidmətindən "Sizinxeber.az"a verilən məlumata görə, kompleksin hazırkı şəraiti barədə ətraflı məlumat alan nazir infrastrukturun inkişafı və fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Daha sonra Fərid Qayıbov Yevlax rayonunda inşası davam edən Olimpiya İdman Kompleksində aparılan tikinti işləri ilə maraqlanıb. Layihənin icra vəziyyəti və qarşıda duran vəzifələrə dair müzakirələr aparılıb. Nazir kompleksin inşasının keyfiyyətlə və müəyyən olunmuş vaxt çərçivəsində başa çatdırılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, bu il sentyabr ayının sonunda Azərbaycanda keçiriləcək III MDB Oyunları çərçivəsində boks yarışları Yevlax Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Oxşar xəbərlər

Nazir III MDB Oyunları ilə bağlı Yevlax Olimpiya İdman Kompleksinə baxış keçirib
Şöbə müdiri: Yevlax Olimpiya İdman Kompleksi ən müasir standartlara cavab verəcək
Tərtər Olimpiya İdman Kompleksində cüdo zalı fəaliyyətə başlayıb
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub
MOK nümayəndəsi idman gimnastlarımızla görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər