Şöbə müdiri: Yevlax Olimpiya İdman Kompleksi ən müasir standartlara cavab verəcək
Yevlax Olimpiya İdman Kompleksi ən müasir standartlara cavab verəcək.
"Sizinxeber.az"un Yevlaxa ezam edilmiş əməkdaşı xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin Maddi texniki təchizat şöbəsinin müdiri Elmir Mehdiyev Prezidentin izi ilə rayona təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Olimpiya İdman Kompleksi Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqram”ı çərçivəsində inşa olunur.
Tikintisinə 2024-cü ilin yanvarında başlanılan, ümumi sahəsi 17000, tilialı sahəsi 9500 kv metr olan kompleksin əsas binasında yerləşən universal idman zalı 1100 tamaşaçı tutumuna malikdir. Burada basketbol, voleybol, həndbol, minifutbol, badminton, gimnastika, cüdo, güləş, taekvondo, boks, karate və idmanın digər növləri üzrə məşqlərin və yarışların keçirilməsi nəzərdə tutulur.
"Binada, eyni zamanda, 80 nəfərlik iclas zalı, hakim, həkim, məşqçilər, şərhçilər üçün otaqlar, kafe olacaq. Kompleksdə 21 otaqdan ibarət 42 yerlik dördmərtəbəli mehmanxana və restoran da fəaliyyət göstərəcək. Burada 1300 tamaşaçı tutumuna malik tribunası olan, standartlara cavab verən futbol meydançası, həmçinin iki minifutbol meydançası yaradılacaq", - E..Mehdiyev vurğulayıb.
Qeyd olunub ki, bu il sentyabr ayının sonunda Azərbaycanda keçiriləcək Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunları zamanı boks idman növü üzrə yarışlar Yevlax Olimpiya İdman Kompleksində təşkil ediləcək.
Xatırladaq ki, Prezidenti İlham Əliyev iyunun 23-də Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub.
Oxşar xəbərlər
Azərbaycan idmanında 2024-cü ilin ən yaxşıları açıqlanıb
Tərtər Olimpiya İdman Kompleksində cüdo zalı fəaliyyətə başlayıb
Nazir III MDB Oyunları ilə bağlı Yevlax Olimpiya İdman Kompleksinə baxış keçirib
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub
Gənclər və İdman Nazirliyi müxtəlif nominasiyalar üzrə ilin ən yaxşılarını açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehriban Əliyeva ümummilli liderin anım günü ilə əlaqədar paylaşım edib
-
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
-
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
-
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
-
Ümummilli lider Heydər Əliyevin anım günüdür












