Nazir III MDB Oyunları ilə bağlı Yevlax Olimpiya İdman Kompleksinə baxış keçirib
sizinxeber.az xəbər saytı

Nazir III MDB Oyunları ilə bağlı Yevlax Olimpiya İdman Kompleksinə baxış keçirib


Gənclər və idman naziri Fərid Qayıbov III MDB Oyunlarına hazırlıq işləri çərçivəsində inşası davam edən Yevlax Olimpiya İdman Kompleksinə Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev ilə birlikdə baxış keçirib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Nazir tikinti işlərinin vəziyyəti ilə yerində tanış olub, müasir standartlara cavab verəcək kompleksin funksionallığı ilə bağlı cavabdeh şəxslərlə müzakirələr aparıb, müvafiq tövsiyələr verib.

Qeyd edək ki, III MDB Oyunlarının boks yarışları bu kompleksdə keçiriləcək.

Nazir həmçinin Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində aparılan əsaslı təmir işləri ilə də maraqlanıb. III MDB Oyunlarının akademik avarçəkmə, kanoe, taekvondo, karate idman növləri üzrə yarışları bu mərkəzdə təşkil ediləcək.

Nazir Fərid Qayıbov Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev ilə birlikdə Qəbələ Olimpiya İdman Kompleksində aparılan əsaslı təmir işlərinin gedişi ilə də yerində tanış olub. Təmir-bərpa işlərinin yüksək səviyyədə və vaxtında başa çatdırılmasının vacibliyini qeyd edən nazir Fərid Qayıbov hər iki idman qurğusunda aparılan təmir işləri ilə bağlı mütəxəssislərlə fikir mübadiləsi aparıb. Nazir həmçinin Şəki Olimpiya İdman Kompleksinin hazırkı vəziyyəti və davam edən təmir işləri ilə maraqlanıb, müvafiq tövsiyələr verib. Fərid Qayıbov səfər çərçivəsində Şəki şəhər stadionuna da baxış keçirib.

Oxşar xəbərlər

Ümumdünya Taekvondo Federasiyasının prezidenti Parisdəki Azərbaycanın Olimpiya Evində olub
Azərbaycan idmançılarının Yay Olimpiya Oyunlarına yolasalma mərasimi baş tutub
Fərid Qayıbov Estoniyaya səfər edib
Azərbaycan idmançılarının bir qrupu Paris Yay Olimpiya Oyunlarına yola salınıb - FOTO
Fərid Qayıbov Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle