sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
MOK nümayəndəsi idman gimnastlarımızla görüşüb
Azərbaycan gimnastları XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak etmək üçün Xorvatiyanın Osiek şəhərindədirlər.
"Report" xəbər verir ki, gənc idmançılarımız artıq Osiekdəki hoteldə məskunlaşıblar. Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin idman idarəsinin müdiri Həsənağa Rzayev Osiekdə idman gimnastlarımızla görüşüb. O, idmançılarla söhbət edib və mövcud şəraitlə maraqlanıb. Eyni zamanda məşqçilərlə də fikir mübadiləsi aparan MOK nümayəndəsi komandamıza yarışlarda uğurlar arzulayıb.
Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində idman gimnastikası yarışlarına iyulun 22-də start veriləcək. Yarışlar “Qradski Vrt” zalında təşkil olunacaq.
Oxşar xəbərlər
MOK-un nümayəndəsi EYOF-un missiya rəhbərlərinin görüşündə iştirak edib
XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan gimnastları bəlli olub
XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan badmintonçuları açıqlanıb
Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüşüb
AGF-nin vitse-prezidenti Paris-2024-də iştirak edəcək idmançılarla görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











