Fərid Qayıbov ay ərzində beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüşüb
Gənclər və idman naziri Fərid Qayıbov ay ərzində beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüşüb.
Qurumun mətbuat xidmətindən "Sizinxeber.az"a verilən məlumata görə, Azərbaycan İdman Akademiyasında baş tutan tədbirdə idmançılarla yanaşı, onların məşqçiləri də iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Fərid Qayıbov “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adına və “Azərbaycan Respublikasının İdman ustası” dərəcəsinə layiq görülmüş şəxslərə müvafiq vəsiqə və döş nişanlarını təqdim edib.
Ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarxın nümayişindən sonra tədbir iştirakçıları çıxış ediblər. Aerobika gimnastikası, akrobatika gimnastikası, kayak, kanoe, akademik avarçəkmə, boks, basketbol, cüdo, çimərlik güləşi, sərbəst güləş, qadın güləşi, yunan-Roma güləşi, minifutbol, kikboksinq, karate, MMA, parapauerliftinq, parabadminton, kəmər güləşi, qırğız kuroşu, deflimpiya (karate WKF) idman növlərinin nümayəndələri qatıldıqları yarışlar və qazandıqları nəticələr barədə məlumat veriblər.
Sonda Fərid Qayıbov idmançıları təbrik edərək onlara qarşıdakı yarışlarda daha böyük uğurlar arzulayıb.
Oxşar xəbərlər
Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüşüb
Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb
Fərid Qayıbov sentyabrda ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşüb
Nazir ötən ay beynəlxalq yarışlarda uğur qazanmış idmançılar və onların məşqçiləri ilə görüşüb
Fərid Qayıbov qitə və dünya çempionatlarında çıxış edən Azərbaycan idmançıları ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











