Qurban Qurbanov: "Futbolçularımdakı inam qələbə qazanmağa kömək etdi"
sizinxeber.az xəbər saytı

Qurban Qurbanov: "Futbolçularımdakı inam qələbə qazanmağa kömək etdi"


"Futbolçularımızın özünəinamı "Benfika"ya qarşı qələbə gətirdi".

Sizinxəbər.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda səfərdə Portuqaliyanın "Benfika" komandası üzərində qazandıqları tarixi qələbədən sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis futbolçularının əzmkarlığını və oyuna inamını yüksək qiymətləndirib:

"Futbolçularımı bu uğura görə təbrik edirəm. Yaxşı oyun göstərərək əla nəticə əldə etdik. Əslində, bu gün məğlub da ola bilərdik, çünki oyunun əvvəlində üstünlük rəqibin tərəfində idi. Oyunu öz xeyrimizə çevirmək asan deyildi. Lakin futbolçularımın özünəinamı bizə qələbə qazandırdı. Qələbəmiz "Benfika"nın zəif olması demək deyil", - deyə Qurbanov bildirib.

Qeyd edək ki, qarşılaşma Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxşar xəbərlər

Qurban Qurbanov: "Şkendiya" səfərində qələbə qazanmaq çox vacib idi"
Qurban Qurbanov: "Hesabda üstünlüyümüz olsa da, bu, heç kimi aldatmamalıdır"
Qurban Qurbanov: "Qarabağ"ın böyük hesabla qələbə qazanmasını istəyirdim"
Qurban Qurbanov: Son oyunumuz çox ciddi rəqibə qarşı idi
Qurban Qurbanov: "Hesabda üstünlüyümüz olsa da, bu heç kimi aldatmamalıdır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər