Qurban Qurbanov: "Qarabağ"ın böyük hesabla qələbə qazanmasını istəyirdim"
sizinxeber.az xəbər saytı

Qurban Qurbanov: "Qarabağ"ın böyük hesabla qələbə qazanmasını istəyirdim"


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandasının "Şkendiya" üzərində böyük hesabla qələbə qazanmasını istəyib.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şkendiya"ya (Şimali Makedoniya) qarşı keçirdikləri cavab oyundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis pley-off mərhələsinə yüksəlməyin sevindirici olduğunu söyləyib:

"Qarabağ" göstərdiyi oyunla sübut etdi ki, Çempionlar Liqasında mübarizəni davam etdirmək istəyir. Stadionda da əsl Çempionlar Liqası ab-havası var idi. Baxımlı oyuna şahidlik etdik. Baxmayaraq ki, qarşılaşmanın əvvəlində qol buraxdıq. Buraxdığımız qolda texniki səhvə yol vermişdik. Sevindirici haldır ki, daha sonra oyunda üstünlüyü ələ ala bildik. Pley-off mərhələsinin oyununa daha məsuliyyətli yanaşacağıq".

O, bəzi oyunlarda böyükhesablı qələbələrin ola biləcəyini istisna etməyib:

"Bilirsiniz ki, futbol elə bir səviyəyə çatıb ki, böyükhesablı qələbələr qeydə alına bilər. Lakin belə bir hesabı gözləyirdim deməzdim. Lakin böyük hesabla qalib gəlməyi çox istəyirdim".

Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" oyunu Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxşar xəbərlər

Qurban Qurbanov: "Şkendiya" səfərində qələbə qazanmaq çox vacib idi"
"Qarabağ"ın baş məşqçisi: "Şkendiya" səfərində qələbə qazanmaq çox vacib idi"
Qurban Qurbanov: "Şkendiya" ilə matçda sona qədər öz xarakterimizi göstərməliyik"
Qurban Qurbanov: Buraxdığımız üçüncü qol artıq oldu
Qurban Qurbanov: "Buraxdıqları səhvlərə görə futbolçularıma irad bildirməyəcəm"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər