Qurban Qurbanov: "Şkendiya" səfərində qələbə qazanmaq çox vacib idi"
"Şkendiya" səfərində qələbə qazanmaq çox vacib idi.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şkendiya"ya (Şimali Makedoniya) qarşı keçirdikləri ilk oyundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis səfərdəki qələbəyə görə sevincli olduqlarını bildirib:
"Sona qədər mübarizə apardıqlarına görə futbolçularıma təşəkkür edirəm. Səfərdə qələbə qazanmaq çox vacib idi. Oyun ərzində səhvlərimiz çox oldu. Lakin yekunda lazım olan nəticəni qazana bildik".
Qeyd edək ki, "Şkendiya" - "Qarabağ" oyunu Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq
Oxşar xəbərlər
Qurban Qurbanov: "Şkendiya" ilə matçda sona qədər öz xarakterimizi göstərməliyik"
Qurban Qurbanov: "Buraxdıqları səhvlərə görə futbolçularıma irad bildirməyəcəm"
Vaqif Cavadov: “Şimali Makedoniya klubu ilə səfər matçı “Qarabağ” üçün çətin olacaq”
"Qarabağ"ı Şimali Makedoniyada 30-a yaxın azarkeş dəstəkləyəcək
Emin İmaməliyev: "Qarabağ" "Şkendiya" ilə matçın favoritidir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













