Orta aylıq nominal əməkhaqqı 4 aydır azalır: İndiki hədd də inandırıcı görünmür
- 15-10-2024, 10:02
- Cəmiyyət
- 0
- 2 526
Sosial platforma istifadəçiləri ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının 1000 manatı keçməsi xəbərini həmişə istehza ilə qarşılayır. Çünki böyük əksəriyyət belə maaşların olmamasına əmindir. Hətta paytaxtda belə, 1000 manat məvacib almaq çoxu üçün xəyaldır. Xidmət sektorunda maaşlar 400-600 arası dəyişir. Marketlərdə minlərlə çalışan ayda bu civarda qazanır. Müəllimlərin, həkimlərin məvacibindən xəbərdarıq. Buna görə də orta aylıq nominal əməkhaqqının 1000 manatı keçməsi heç vaxt inandırıcı görünməyib.
Bizimyol.info xəbər verir ki, son dörd ayda maaşlarda azalma müşahidə edilib. Dövlət Statistika Komitəsi orta aylıq nominal əməkhaqqının 10 manatdan çox azaldığını bildirir. Axırıncı dəfə iyulda göstəricinin 1002,4 manat olduğu açıqlanmışdı. Buna qədər 1007 manatdan yüksək məvacib rekordunun qeydə alındığı deyilmişdi. Apreldən başlayan azalma tempi avqustda da dayanmayıb.
Komitə yenə nədbinliyə əsas olmadığını düşünür. Bildirilir ki, keçən ilin eyni dövrü ilə müqayisədə 8 faiz və ya 74 manat artım olub.
Azərbaycanda maaşlar çox aşağı səviyyədədir. Bizim ölkədəki qiymətlər Şərqi Avropa dövlətləri ilə müqayisə oluna bilər. Amma maaşları müqayisə etmək mümkün deyil. Şəqri Avropada 1000 avrodan aşağı minimum əməkhaqqı yoxdur. Bizdə isə orta aylıq nominal əməkhaqqı heç 550 avroya çatmır.
Minimum əməkhaqqından heç danışmırıq. İnsanlara 345 manat təklif olunması çox gülüncdür. Özü də bundan aşağı məvacib alanların olması ayrıca komediyadır. Median əməkhaqqı 500 manata çatmır. Yəni işləyən kəsimin yarısı daha az qazanır.
Gələn aydan 2025-ci illə bağlı bir çox cizgilərə aydınlıq gələcək. Yenə vədlər eşidirik, amma çox ümidlənməyə dəyməz. Dövlət Statistika Komitəsi inflyasiyanın cəmi 1,5 faiz olduğunu iddia edir. Demək istəyirlər ki, maaş və pensiyaların ciddi artımına ümid etməyin. Yəni maaşlar yenə çox artmayacaq.
Minimum əməkhaqqı azı iki dəfə artırılmalıdır. Normal ölkələrdə minimum hədd orta aylıq nominal əməkhaqqının 55-60 faizini təşkil edir. Bizdə isə ictimaiyyətə fantastik rəqəmlər sırımağı sevirlər. Əhali haqlı olaraq təqdim olunan statistikaya inanmır. Çünki həmin rəqəmlər məişətimizdə hiss olunmur.


width="220" alt="Biləsuvarda qeyri-dövlət sektorunda çalışanların orta aylıq əməkhaqqı 8 faizə yaxın artıb" />
width="220" alt="Orta aylıq əməkhaqqının məbləği AÇIQLANDI" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />